Dizayner

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DİZAYNER
 
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
 
Azərsun Holdinq  “Dizayner” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.  

İş haqqında məlumat:

- Corel Draw, Autocad proqramlarında müxtəlif lahiyələrin, reklam kampaniyalarının və s. işlənməsi;
- Müxtəlif çap məhsullarının hazırlanması və çap üçün ölçülərinin verilməsi;
- İş yeri Xırdalan şəhərində yerləşir.
 
Əsas tələblər:

- Dizayn sahəsində ən az 5 il iş təcrübəsinə sahib olmalı;
- Ali təhsilli olmalı;
- Corel Draw, Autocad proqramlarında işləməyi bacarmalı;
- Reklam, qrafika və çap işlərinə dair bütün texniki vasitələrdən anlayışı olmalı;
- Çap növləri və rəng sistemlərini bilməlidir;
- Mətbəə təcrübəsi olanlara üstünlük verilir.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.06.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Mövzu hissəsində vəzifənin adı (“Dizayner”) qeyd olunmalıdır.
 
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com veb səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi