Risk insident bazasına daxil olan riskləri analiz edərək lazımı məlumatları toplamaq
Şirkətin fəaliyyəti ilə bağlı əməliyyat və bazar riskləri, həmçinin digər riskləri müəyyən etmək, qiymətləndirmək, onların qarşısını almaq və ya onları daha səmərəli və effektiv idarə etmək imkanı verən tədbirlərin həyata keçirilməsi təklifi vermək
Risklərin idarəedilməsinin effektiv həyata keçirilməsi üçün müvafiq struktur bölmələri ilə müntəzəm görüşlər təşkil etmək
Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək
Risklərin tanınması və idarə edilməsi baxımından şirkətin fəaliyyətini əhatə edən bütün proseslər, prosedur, normativ sənədlər, yeni məhsul və xidmətlərə rəy vermək
Şirkətin hər bir mövcud və ya yeni məhsuluna, proses və tariflərinə baxmaq, onların cəmiyyətin risk siyasətinə uyğunlaşdırılması üçün tədbirlər həyata keçirmək
İş şərtləri:
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
Namizədə tələblər
Təhsil: Ali (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, Riyaziyyat, Statistika üzrə bakalavr və ya magistr təhsilinin olması üstünlükdür)
İş təcrübəsi: Müvafiq sahədə ən azı 3 il
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (yaxşı)
MS Office proqramları üzrə mükəmməl biliklər (xüsusilə, MS Excel)
Risk və maliyyə hesabatlığının təhlili bacarığı
Yüksək səviyyədə analitika və problem həlletmə bacarığı
Risklərin idarə edilməsi sahəsində sertifikatların olması üstünlükdür