Taxtabəndçi ( Scaffolder)

  • Company
  • Elanın qoyulma tarixi: 23.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat

  • Əmək haqqı:  600-900 AZN;
  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun əmək haqqına əlavə olaraq hesablanır;
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
  • Tibbi sığorta imtiyazı ilə təmin edilir.

Namizədə dair tələblər

  • Tikinti sahəsində taxtabənd quraşdırıcısı olaraq iş təcrübəsi olmalı;
  • Fiziki olaraq tam sağlam olmalı və ağır fiziki iş görməyə hazır olmalı;
  • Hündürlükdə işləməyi bacarmalı;
  • Daha əvvəl qapalı sahələrdə işləmək təcrübəsi olmalı;
  • Taxtabənd quraşdırılması,dəyişdirilməsi, sökülməsi haqqında bilikləri olmalı;
  • Sahə üzrə istifadə olunan bərkitmə vasitələrini və terminologiyanı bilməli;
  • İş yeri və tikinti sahəsində təhlükəsizlik qaydaları ilə bağlı bilikləri olmalı.
  • Hündürlükdə iş (Working at Height), BOSİET(Dəniz şəraitində işləmək üçün), STCW (dəniz sertifikatı) və taxtabənd quraşdırılmasına aid sertifikat ( scaffold certificate intermediate) olması üstünlükdür

Digər tələblər

  • Metal konstruksiyaların tikintidə verilən çertyoj üzrə taxtabəndlərin quraşdırılması;
  • Quraşdırılmış taxtabəndlərin sökülməsi və yerinin dəyişdirilməsi;
  • Sahə üzrə istifadə olunan materialların təhlükəsiz qaydada saxlanılması;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və şirkətin təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi.
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması

Ünvan:  Bakı şəhəri, Qaradağ rayonu        

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Company tərəfindən digər vakansiyalar