Mənzillər üzrə əlaqələndirici (Housing Coordinator)

İşin təsviri

Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi

Mənzillər üzrə əlaqələndirici (Housing Coordinator) vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir. Mənzillər üzrə əlaqələndirici mövcud infrastrukturun dəstəklənməsi və rezidantlar üçün mənzillərin kirayələnərək, yaxşı vəziyyətdə saxlanmasına cavabdeh olacaq.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

- Mövcud infrastrukturun dəstəklənməsi və mənzillərin kirayəsi üzrə siyasət sənədinin işlənib hazırlanması
- Rezidantlar üçün mənzillərin seçilməsi
- Seçilən mənzillərin müvafiq meyarlara uyğun qiymətləndirilməsi
- Seçilən mənzillərin rezidantlarla razılaşdırılması
- Mənzil sahibləri ilə təşkilatın xeyrinə qiymətlərin razılaşdırılması
- Təşkilat adında mənzil sahibləri ilə müqavilələrin imzalanmasının təşkili
- Müqavilə müddətində mənzillərin baxımının təşkili
- Müqavilə müddətində rezidant və mənzil sahibləri arasında əlaqələndirmənin həyata keçirilməsi
- Təşkilatın gələcək layihələri üçün mənzil direktoriyasının tərtib edilməsi
- Bütün hallarda təşkilatın maraqlarından çıxış edilməsi

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Müvafiq ali təhsil
 Azı 3 illik iş təcrübəsi
 İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
 İngilis dilini bilən namizədlərə üstünlük veriləcək
 Yüksək müştəri xidməti bacarığı
 Şəxsiyyətlərarası münasibətlərin yüksək səviyyədə qurulması bacarığı

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             
Sənədlər 28 may 2013-cü il tarixədək qəbul ediləcəkdir.