İşin təsviri
Əsas Vəzifə va Öhdəliklər:
- Mövcud məhsul üçün yeni funksionallıqların əlavə edilməsi
- Mövcud funksionallıqların araşdırılması və onlara texniki dəstəyin göstərilməsi
- Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
- Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək
Tələb olunan bilik və bacarıqlar:
- Python proqramlaşdırma dilində ən azı 3 il təcrübə
- FastAPI framework ilə iş təcrübəsi
- RESTful API və WebSocket (SocketIO) servislərinin hazırlanması və inteqrasiyası
- PostgreSQL, Cassandra, ElasticSearch kimi relational və non-relational databazaları ilə iş təcrübəsi
- Python OOP bilikləri
- SQLAlchemy, PyPika kimi Python ORM-ləri ilə iş təcrübəsi
- AWS s3 storage ilə işləmə bacarığı (Boto3) Python cron taskların işlənilməsi və idarə olunması
- 3-cü tərəf API-lərin sistemə inteqrasiyası
- Versiya kontrol sistemləri (Git, Gitlab, Github) ilə işləmə bacarığı
- Böyük və kompleks sistemlərlə işləmə təcrübəsi, software arxitektura və infrastrukturun düzgün təşkili
- Təmiz və davamlılığın təmin oluna biləcəyi kod yazmaq bacarığı
Arzu olunan:
- Node.js ilə iş təcrübəsi (Express.js)
- GraphQL bilikləri
- Əmək Haqqı-2000-3000 AZN
- Əmək haqqı təhsil, iş təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
- Ünvan: Sport Plaza, ofis, tam iş günü
Şirkət haqqında qısa məlumat.
Tunel.az, avtomobil dünyası ilə sosial medianın dinamik və həyəcanverici tərəfini bir araya gətirən yenilikçi bir platformadır. Məqsədimiz, avtomobil həvəskarlarına bənzərsiz bir təcrübə təqdim edərək, onları ən son xəbərlər, icmallar və tədbirlər ilə tanış etməkdir.
Missiyamız
Avtomobil həvəskarlarının ehtiyaclarını və gözləntilərini ən yaxşı şəkildə qarşılamaq üçün yol almaqdır. Tunel.az olaraq, avtomobil sektorundakı ən son inkişafları və trendləri izləyərkən, istifadəçilərimizin də bu yeniliklərə asanlıqla çatmasını təmin edirik. Sosial media inteqrasiyamız sayəsində, istifadəçilərimiz avtomobil dünyasındakı yenilikləri dərhal paylaşa, müzakirə edə və fikir mübadiləsi edə bilərlər.
Şirkətin ünvanı
Haydar Aliyev Cad., 187C
40,41857° K, 49,90987° D