İşin təsviri
Tələblər:
- Avtomobil yağları,ehtiyat hissələr korporativ satışı və ya tikinti şirkətləri ilə iş təcrübəsi
- Təchizat sektorunda iş təcrübəsi üstünlükdür
- Müştəri bazasının və şirkətlərin təchizat komandaları ilə münasibətlərin olması
- Aktiv,yeni imkanlar axtarışında olmaq
- Müştəri məmnuniyyəti üçün çalışmaq
- Ünsiyyət qurmaq və təqdimetmə bacarıqları
- Məsuliyyətli, inkişafa meylli, yeniliyi tətbiq etməyi sevən və komanda ilə işləmək bacarmaq
- MS Office proqramlarında işləmə bacarığı
İş haqqında məlumat:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması;
- Müştərilərdən daxil olan müraciətlər və sorğular üçün müvafiq təklifləri hazırlanmaq
- Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq, mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini saxlamaq.
- Yağlar,ehtiyat hissələr haqda bilgilərin olması,alternativ variantların tapılması və müştəriyə təqdim olunması
- Müqavilələrin imzalanması,sənəd bazasının formalaşdırılması və izlənməsi
- Yeni əməkdaşlıqların qazanılması üçün mütəmadi görüşlərin təşkili və icrası
- 1C və ya digər oxşar proqramlarda işləmə bacarığı
- Şirkət satışın artırılması üçün bütün təkliflərə açıqdır-Xüsusi qeyd olunsun
İş qrafiki: 5 günlük qrafik
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi müqavilə ilə
işəgötürmə
Əmək haqqı: Fiks əmək haqqi (1000 AZN məbləğdən başlayaraq) + faizlər (Aylıq gəlirlər satışlardan asılı olaraq 2000 AZN-dən az olmayan)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu
hissəsində “Korporativ satış menceri” adını qeyd etməklə [email protected]
ünvanına göndərmələri xahiş olunur.