İşin təsviri
İşin təsviri:
- Müəssisənin elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə qəzasız, fasiləsiz təminatını təmin edilməsi;
- Elektrik avadanlığının, havalandırma sistemlərinin, qazla işləyən avadanlıqların, su təchizatı və kanalizasiya sistemlərinin etibarlı, qənaətli, texniki cəhətdən düzgün və təhlükəsiz istismarını təmin edilməsi;
- Avadanlığının və şəbəkələrinin təmir qrafiklərini vaxtlı-vaxtında tərtibi;
- İstismar işçilərinə nasazlıqların və qəzaların qarşısının sürətlə alınması və aradan qaldırılması üsul və metodları təliminin verilməsi üçün iş yerlərində qəza əleyhinə təlimlərin keçilməsini təmin edilməsi;
- Elektrik enerjisi, buxar, qaz, sıxılmış hava istehlakı, bütün enerji növlərinin sərfiyyatı normaları və istehlak rejimləri planlarını işləyib hazırlaması;
- Enerji avadanlığının istismarı üçün tələb olunan avadanlıq, material və ehtiyat hissələri üçün sifarişləri vaxtlı-vaxtında tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Elektrik avadanlığının, elektrotexniki qoruyucu vasitələrin, təzyiqli boruların, buxar boru kəmərlərinin, texnoloji boru kəmərlərinin sınaqlarının müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarəti;
- Tabeçiliyində olan işçilərin biliklərinin yoxlanılması və mütəmadi olaraq təlimatlandırılması.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 5 il iş təcrübəsi;
- Yaş həddi: 35-55 yaş;
- Dil bilikləri: Rus və İngilis dili dilləri üstünlükdür
- Kompüter bilikləri: Microsoft Office proqramları, AutoCad, Archicad , PDMS
İş şəraiti:
- İş saatı: 09-00-dan 17-00-dək; şənbə qısaldılmış iş günü
- İstirahət: bazar günü.
- İş yeri – Layihəyə uyğun
- Korporativ nömrə verilir.
Müraciət üçün Energetik | Mətanət A Şirkətlər Qrupu (glorri.az) linkına daxil olub qeydiyyatdan keçin.