İşin təsviri
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Anbarda materialların hərəkəti, mühafizəsi, uçot qaydasını və müvafiq sənədlərin rəsmiləşdirilməsi qaydası barədə biliklər
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkili;
- Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi,
- Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi;
- Şöbənin aylıq, rüblük və illik hesabatlarının hazırlanmasında iştirak.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 27.08.2024-cü il;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.