İşin təsviri
Öhdəliklər:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq
- Podratçı təşkilatlarla smeta sənədlərini (Forma 2, Forma 3, Xərc analizi) tərtibi, razılaşdırılmsı və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin xərclərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Bacarıqlar:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
İş saatı : 10:00-18:00
İş qrafiki: 1-6-cı günlər