İşin təsviri
Tələblər:
- Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramını mükəmməl bilməli;
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini bilmək əlavə üstünlükdür;
- İdarəetmə bacarığı olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
Vəzifələr:
- Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
- Vergidən gələn məktub və sorğuların gündəlik cavablandırılması;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
- Elektron Qaimə Fakturaları tərtib edilib göndərilməsinə nəzarət etmək;
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını email ünvanına göndərə bilərlər