Korporativ satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq.
  • Təyin edilmiş plana əsasən satış funksiyasının yerinə yetirilməsi
  • Müştəri barədə informasiyaların (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplanması və müştəri bazasına qeyd edilməsi
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin həyata keçirilməsi və təqdimatların təşkili
  • Əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlarla danışıqların aparılması
  • Müştərilər üçün koordinator rolunun icra edilməsi, ortaya çıxan problemlərin həll edilməsi
  • Təkliflərin hazırlanması, izlənməsi və müştəri ilə razılaşdırılması
  • Satışın artırılması ilə bağlı təkliflərin verilməsi
  • Gördüyü işlər barədə hesabatların hazırlanması

Tələblər:

  • Satış, marketinq və digər əlaqəli sahələr üzrə ali təhsil
  • Korporativ satış üzrə minimum 2 il iş təcrübəsi olmalı
  • Azərbaycan və İngilis dilində şifahi və yazılı səlis nitq
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı
  • Müştəriyönümlü xarakterə sahib olma və satış edə bilmə qabiliyyəti
  • Mükəmməl kommunikasiya qabiliyyəti olmalı

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 08:00-17:00 
  • Korporativ nömrə
  • İşgüzar görüşlər zamanı nəqliyyatla təmin edilmə

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini “Korporativ satış mütəxəssisi” başlığı ilə e-mail ünvanına göndərə bilərlər. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Industrial Training & Development Ltd tərəfindən digər vakansiyalar