İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması;
 
- Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
 
- Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
 
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
 
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
 
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
 
- Xanım namizəd;
 
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi 
 
- Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
 
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
 
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta
 
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
 
- MS Office proqramlarını bilməli
 
- Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
 
Əlavə məlumatlar:
- Nahar şirkət tərəfindən verilir
 
- İş qrafiki: 5 gün
 
- Əmək haqqı: Razılaşma əsasında
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə Mühasib” qeyd olunmaqla, göndərə bilərlər.