Vəzifə öhdəlikləri :
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi
riayət etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların
hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması
və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata
keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti;
• Gündəlik hesablar üzrə qalıqlar hesabatının hazırlanması;
• Mal və Xidmətlər üzrə müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması və təqdim edilməsini
təmin etmək;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
Namizədə tələblər :
• Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
• Dil bilikləri – Azərbaycan dili – səlis, Rus və İnglis dili- orta səviyədə;
• Program billikləri SAP – üstünlükdür ;
• 1C 8.3 Mühasibat uçotu və Microsoft Office proqramlarını (WORD,
EXCEL) əla səviyyədə bilmək.