Qəbul və qeydiyyat şöbəsi meneceri

  • Arena Hotel Guba
  • Elanın qoyulma tarixi: 07.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ön Büro, Qonaqlarla Əlaqələr, Qonaq Xidmətləri və Rezervasiya daxil olmaqla Ön Bürodakı bütün işçiləri istiqamətləndirmək;
  • Gələn qonaqlar üçün otaqları bloklamaq və hər hansı uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək.;
  • Xüsusi Qonaqlar və Qruplarla düzgün kommunikasiyanı təmin etmək üçün gündəlik gəlişləri nəzərdən keçirmək;
  • Yüksək standardları qorumaq üçün Hotelin Ön Bürosunun əməliyyatlarının idarə edilməsinə cavabdeh olmaq;
  • Qonaqların məmnuniyyət səviyyəsini qiymətləndirmək və tendensiyaları izləmək;
  • Qonaqların şikayətlərini təhlil etmək, araşdırmaq və müsbət istiqamətdə həllini təmin etmək;
  • Müvafiq onlayn platformalarda müştəri məmuniyyətini təqib etmək və müştəri məmuniyyətinin artırılması üçün tədbirlər planı hazırlamaq;
  • Bütün maliyyə və kredit prosedurlarına əməl olunmasını təmin etmək;
  • Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
  • Qonaq otaqlarının inventarını və daimi yoxlanışını həyata keçirmək;
  • Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
  • Xidmət keyfiyyətinin artırılması üçün lazım olduqda Ön Büro işçilərinə dəstək vermək;
  • Təsərrüfat və Texniki dəstək şöbəsi ilə daim əlaqədə olmaq;
  • Bütün işçilərin müvafiq sahələrdə təlim keçməsini təmin edərkən qiymətlər, tariflər, xüsusi təkliflər, paketlər, proqramlar və s. haqqında ətraflı məlumatlandırmaq;
  • Rəhbəri olduğu şöbə əməkaşlarının müvafiq növbələrə əsasən işə cəlb edilməsini daim qeydiyyat cədvəlləri ilə tənzimləmək;
  • Planlaşdırılmış Performans Qiymətləndirmələrini aparmaq və lazım olduqda işçilərə həm müsbət, həm də konstruktiv real vaxt rejimində rəy vermək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • 100 və daha çox otaq sayı olan hoteldə minimum üç il ön büro təcrübəsi;
  • Minimum bir il eyni sahədə idarəetmə təcrübəsi;
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
  • Yüksək liderlik, müsbət, aydın danışıqla qonaqlarla aydın və birbaşa ünsiyyət qurmaq bacarığı;
  • Müvafiq və ya yaxın sahədə Ali təhsil;
  • Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
  • Elektra proqramı üzrə təcrübə;
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

Qeyd: İş yeri Quba şəhərində yerləşir (Yerləşmə ilə təmin edilmir)

Əmək haqqı – 800 – 1000 AZN

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində Qəbul və qeydiyyat şöbəsinin meneceri göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.