Baş Mühasib

  • Aztrade
  • Elanın qoyulma tarixi: 10.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat
 
- Böyük bir holdingin tərkibində olan avtomobil salonu və servis
- Ünvan: Masazır yolu (20 yanvar metrosundan 5 dəqiqəlik)
- Mühasibat və vergi uçotunun aparılması
- Mühasibat sənədlərinin tərtib edilməsi
- Şirkətə aid bütün növ hesabat sənədlərinin hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- Bank əməliyyatlarının aparılması və sənədləşdirmə işlərinin həyata keçirilməsi
- Gündəlik hesabatlar
- Əmək haqqının hesabatı
- Sosial müdafiə fondunun hesabatları
- İş saatı həftənin 6 günü, saat 09:00-19:00
- Nahar şirkət tərəfindən verilir
 
Namizədə tələblər

- Xanım                                               
- Yaş həddi 35-45
- Ali təhsilli (Mühasibatlıq sahəsində)
- İnzibati və kommersiya xərclərinin uçotunu apara bilməli
- Maliyyə büdcəsini hazırlamağı bacarmalı
- Maya dəyərinin hesablanması qaydalarını bilməli
- MS Office, 1C(7, 8) proqramlarında sərbəst işləməyi bacarmalı
- Baş mühasib kimi ən az 5 il təcrübəsi olmalı                                            
- Azərbaycan Respublikasında mühasibat uçotu haqqında qanunvericiliyi tənziməyən qanunvericilik və normativ hüquqi sənədlər və mikromaliyyə  təşkilatların fəaliyyəti;
- Azərbaycan Respublikası vergi qanunvericiliyi, vergi qoymanın prinsip və üsullarını bilmək;
- Azərbaycan Respublikası əmək qanunvericiliyi;
- Maliyyə nəzarəti prinsipləri;
- Maliyyə hesablaşmaların qayda və forması;
- Maliyyə uçot və hesabatın standartları;
- Şirkətin əməliyyat fəaliyyətində sənəd dövriyyəsinin təşkilatını, maliyyə hesabatlarının rəsmiləşdirməsi qaydası;
- Müasir texniki vəsaitlərin istifadəsi ilə məlumatların işləmə üsulları;
- Əmək haqlarının hesablanması təcrübəsinə malik olmalı;
- Mühasibat uçotu sahəsində sənəd dövriyyəsinin təşkilatı.

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

Əlaqədar şəxs Şəbnəm Əliyeva
E-mail [email protected]