İctimai Əlaqələr (PR) üzrə mütəxəssis

  • CyberNet
  • Elanın qoyulma tarixi: 10.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr strategiyasının tərtib olunması, şirkət, onun xidmət və məhsulları haqqında məlumatın yerləşdirilməsi üçün daha da əlverişli mənbələrin müəyyən edilməsi
• İctimai Əlaqələr üzrə layihə və tədbirlərin tərtib və idarə olunması (təqdimat mərasimləri, sərgilər, konfranslar, və s.): büdcənin planlaşdırılması, tədbirlərin təşkili, layihə çərçivəsində sənədlərin hazırlanması və onun nəticələri əsasında yekun məruzənin tərtib olunması, və s.
• Məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması
• İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili
• Şirkətin xarici imici haqqında məlumatın toplanması
• Podratçılarla işin təşkili (reklam şirkətləri, dizayn studiyalar, konfrans xidmətlər və s.)
• Şirkətin internet səhifəsinin monitorinqi və məlumat dəstəyi
• Şirkətin strategiyasının social şəbəkələrdə həyata keçirilməsi
• Reklam və məlumat xarakterli materialların, poliqrafiyanın tərtibi və çapa nəzarət
• Şirkətin cari strategiyasından asılı olaraq, yeni kanal və PR alətlərdən istifadə edərək, yeni hədəf auditoriyanın cəlb olunması

Namizədlərə qarşı irəli sürülən tələblər:

• Ali təhsil (marketinq, reklam, ictimai əlaqər və  jurnalistika sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
• PR sahəsində 3-5 il iş təcrübəsi (İT və yüksək texnologiyalar sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir)
• Sosial şəbəkə və bloqlarda səhifələrin idarəetmə təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili orta səviyyədə
• Kreativlik, təşəbbüskarlıq, innovativ yanaşma
• Təşkilati bacarığlar
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
• Reklam və məlumat xarakteri daşıyan məqalələrin yazılması qabiliyyəti

İş şərtləri və şəraiti:

• Aylıq əmək haqqı – 900-1100 AZN
• Yekün nəticələrə əsasən illik bonusların ödənilməsi
• İş qrafiki: Bazar ertəsi – Cümə günləri saat 9:00 - 18:00
• Sosial paket: tibbi sığorta, mobil rabitənin ödənilməsi

Namizədlər öz ərizə formalarını (CV) “PR mütəxəssis” mövzusu altında [email protected]  elekton ünvanına göndərə bilərlər