İşin təsviri
İş barədə məlumat:
- Mağazanın satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Namizədə tələblər:
- 18-30 yaşı;
- Bəsit riyazi biliklərin olması vacibdir;
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək Şəraiti:
- Əmək haqqı: 400-600 AZN;
- İş rejimi: Həftənin 6 günü;
- Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.
Cəlilabad, Gəncə, Xutor, 9 mkr əraziləri üzrə xanım namizədlər, Dərnəgül, Koroğlu, Xutor, Əhmədli, Həzi Aslanov, Nərimanov, 28 may, Şərq bazarı, Qaraçuxur, Bakıxanov, Gənclik, Lökbatan, əraziləri üzrə bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron ünvanına müraciət etmələri xahiş olunur.