Proqram Təminatı üzrə Yerli Mütəxəssis

İşin təsviri

 Dünya Bankı və Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilən Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu (LHKQ) Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi çərçivəsində Proqram Təminatı üzrə Yerli Mütəxəssis  vəzifəsinə müsabiqə elan edir.

İxtisas uyğunluğu üzrə tələblər aşağıdakılardan ibarətdir: 

Ali təhsilli olmalı və məlumat bazalarının yaradılmasına aid proqram təminatları və kompüter dilləri haqqında kifayət bilgiyə və müvafiq iş təcrübəsinə malik olmalıdır. Bununla bağlı, Proqram Təminatı üzrə Yerli Mütəxəssisin access, vizual basic, excell (o cümlədən makroslardan istifadə) proqram təminatları və SQL dili haqda bilgilərə, eləcə də bu proqram təminatları və dillərdən istifadə etməklə məlumat bazalarının qurulması və istifadəsi üzrə müvafiq təcrübəyə malik olması gözlənilir.

Proqram Təminatı üzrə Yerli Mütəxəssis aşağıdakı vəzifələri icra etməlidir:

(i) Proqram təminatının hazırlanması və quraşdırılması, eləcədə onun sınaq məqsədilə işə salınması, (ii) Mərkəzi Dəstək Qrupunun məlumat bazası üzrə mütəxəssisinə təlim keçilməsi, (iii) proqram təminatında problemlər və çatışmazlıqların aradan qaldırılması və iv) layihənin icrası zamanı hər ilin əvvəlində Rayon Dəstək Qruplarından alınmış Sudan İstifadəedənlər Birliklərinin İllik hesabatları əsasında məlumatların məlumat bazasına daxil edilməsi.

Maraqlanan şəxslər qeyd edilmiş vəzifələrə dair əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Maraqlanan şəxslərdən öz tərcümeyi-hallarını (kadrlar uçotu üzrə şəxsi vərəgə, ali təhsil haqqında diplomun surəti, 1 ədəd fotoşəkil, tərcümeyi-hal) əvvəlki işlərini ətraflı təsvir etməklə, o cümlədən bu işlər üzrə sifarişçilərin əlaqə vasitələrini göstərmərklə aşağıdakı ünvana təqdim etməlidirlər: 

Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu, AZ1012, Bakı, Moskva pr., 69A, dördüncü mərtəbə, əlaqələndirici şəxs E.Vəliyev.

Telefon: 431-57-90, 430-32-48

E-mail: [email protected]

Sənədlərin son təqdimat tarixi 21 may 2014-cü il təyin olunmuşdur.