Mühasib

  • Landau School
  • Elanın qoyulma tarixi: 23.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir

Yeni açılacaq "Zəfər Liseyi" üçün Mühasib axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir

  • Gələn e-qaimələrin yoxlanılması və 1C proqram təminatına işlənilməsi;
  • Əsas vəsaitlər və qeyri maddi aktivlərin uçotunun 1C proqram təminatında aparılması;
  • Mal-materialların hərəkətinə 1C proqram təminatında nəzarət edilməsi;
  • Anbarın inventarizasiya prosesinin təşkili və həyata keçirilməsi;
  • Bütün bank əməliyyatlarının icrası və 1C proqram təminatında qeydiyyatı;
  • Təhsil haqqlarının uçotunun excel və 1C proqram təminatında aparılması;
  • Əmək haqqlarının hesablanması, ödənilməsi və 1C proqram təminatına işlənməsi;
  • Elektron portallarla işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.);
  • ƏDV , ÖMV , Vahid bəyannamə və mənfəət vergi bəyannamələrinin təqdim edilməsi;
  • Dövlət Statistika Komitəsinə dövrü olaraq hesabatların təqdim olunması;
  • Vergi qanunvericiliyinə uyğun uçotun təşkili;
  • Daxili idarəetmə uçotu hesabatının hazırlanması;
  • İllik büdcənin hazırlanması və büdcənin istifadə olunmasına nəzarət edilməsi;
  • Maliyyə hesabatlarının (Balans, Pul axını və Mənfəət və zərər hesabatı) hazırlanması;
  • Maliyyə modellərinin tərtib edilməsi.

Tələblər

  • Maliyyə-mühasibatlıq üzrə bakalavr təhsili;
  • Maliyyə-mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel);
  • PMS, F3, F7 sertifikatlarının olması üstünlükdür;
  • ERP sistemləri ilə işləmə bacarığı arzu olunandır;
  • Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
  • Güclü analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Zabrat.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi