Satınalma üzrə Mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Satınalma üzrə Mütəxəssis vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:
 
- Alınan məhsulların  logistika fəaliyyətlərini tənzimləmək;
- Beynəlxalq yazışma və danışıqların aparılması;
- Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması ;
- Satınalma ilə  bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinə nəzarət;
- Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
- Məhsul  haqqında məlumatın satınalma proqramına daxil edilməsi;
- İş qrafiki: həftəiçi 5 gün (09:00-dan 18:00-dək).

Əsas tələblər:

- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Rus və İngilis dillərində səlis danışıq və yazışma bacarığı;
- Satınalma sahəsində ən az  2 il iş təcrübəsi;
- 22-35 yaş aralığında olmalı;
- SPSS və MS Office proqramlarını (xüsusən Excel və Word) yüksək səviyyədə bilməli;
- Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtləri və INCOTERMS-i bilməli;
- Akkreditasiya şərtlərini və digər bank əməliyyatlarını bilənlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 24.05.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Satınalma üzrə Mütəxəssis”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com veb səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi