İşin təsviri
Tələblər:
- Təhsil: Ali , Orta ixtisas
- Anbar sahəsində azı 1 il iş təcrübəsi
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
- Dil bilikləri: Azərbaycan dili
- Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması:
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
İş şəraiti:
- İş yeri: Xaçmaz şəhəri
- 6/7 iş qrafiki,
- Əməkhaqqı 570 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” (Xaçmaz) yazaraq email ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.