İşin təsviri
İş haqqında məlumat:
- Yeni müştərilərin cəlb olunması və satış həcminin artırılması.
- Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq, mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini saxlamaq.
- Məhsul və xidmətlərin müştərilər tərəfindən tanınmasını təmin etmək, yeni potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək.
- Müvafiq xidmətləri, məhsulları və təklifləri potensial müştərilərə təqdim etmək, şirkətlərin məsul şəxsləri ilə əlaqələr qurub danışıqlar aparmaq, görüşlər təşkil etmək.
- Potensial müştərilərdən daxil olan müraciətlər və sorğular üçün müvafiq təklifləri hazırlanmaq (xidmət təklifləri, təqdimatlar, büdcə və s.)
İş rejimi:
- 5 günlük iş rejimi (09:00-18:00)
- Əmək haqqı: 700azn / fix + bonus
- İş yeri: Birinci Yaşıl Ada küçəsi, Ağ Şəhər, Bakı
- Korporativ nömrə ilə təmin olunur
Namizədə olan tələblər:
- Əla səviyyədə azərbaycan dili, yaxşı səviyyədə rus dili biliyi tələb edilir, inglis dili üstünlükdür;
- Korporativ satış sahəsində minimum 1 il təcrübə (sənaye sektorunda olması arzu olunandır);
- Office proqramlarını yüksək səviyyədə bilməsi;
- Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
- Düzgün nitq qabiliyyəti;
- Kollektivlə işləməyi bacarığı;
- Analitik bazar təhlili apara bilmə;
- Yaş həddi: 21-45 yaş;
Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Korporativ Satış üzrə Mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.