Dizayner

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 14.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DİZAYNER

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Dizayner vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

- Corel Draw, Adobe Photoshop, Adobe Illustrator, 3D MAX proqramlarında müxtəlif lahiyələrin, reklam kampaniyalarının və s. işlənməsi;
- Müxtəlif print məhsullarının hazırlanması və çap üçün ölçülərinin verilməsi;
- Şirkətin şöbələrdəki reklam yazılarının hazırlanması.

Əsas tələblər:

-Dizayn sahəsində ən az 2 il iş təcrübəsinə sahib olmalı;
-Corel Draw, Adobe Photoshop, Adobe Illustrator, 3D MAX  proqramlarında işləməyi bacarmalı;
-Reklam, qrafika və çapa  dair bütün texniki vasitələrdən anlayışı olmalı;
-Firma üslubu, yeni marka, etiket, qrafik çizim və qutu hazırlama bacarığı tələb olunur;
-Çap növləri və rəng sistemlərindən anlayışı olmalı;
-Bütün reklam daşıyıcılarını hazırlama bacarığına sahib olmalı;
-Marka strategiyasına uyğun olaraq konseptual tərtibatı bacarmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 16.05.2014  tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Dizayner”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi