Satış şöbə müdiri

  • Woodpecker
  • Elanın qoyulma tarixi: 13.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Woodpecker Mebel Şirkəti

Satış şöbə müdiri

Vəzifələri:

1. Şirkətin məhsullarının satışını təşkil etmək və satışa nəzarəti həyata keçirmək;
2. Tabeçiliyində olan şəxslərin iş planını və günlük proqrama uyğun çalışmalarını yoxlamaq;
3. Hər ayın satış planının analizini aparmaq və satışın yüksəldilməsi istiqamətində tədbirlər görmək;
4. Korporativ müştərilərlərlə əlaqələrin genişləndirilməsi üçün danışıqlar aparmaq;
5. Günlük mədaxil miqdarının əksiksiz olaraq kassaya ödənilməsinə nəzarət etmək;
6. Satış siyasətini formalaşdırmaq və daim diqqət mərkəzində saxlamaq;
7. Xüsusi reklam və satış kampaniyaları üçün müxtəlif təkliflər vermək;
8. Sərgilərdə iştirak etmək və məhsulların tanıdılması üçün plan hazırlamaq;
9. Satış nöqtələrini mütəmadi olaraq ziyarət etmək və aşkar olunan problemləri həll etmək və sair.

Tələblər:

1. Ali Təhsili olmalı (Marketinq və ya Biznesin təşkili və idarəedilməsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir)
2. Xarici dil biliyi (Rus və İngilis dilləri)
3. Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı
4. İdarəçilik və ünsiyyət qabiliyyəti olmalı
5. Komputerdə sərbəst işləyə bilməli (Ms. Word, Excel, Power Point, Outlook)
6. Sürüclük vəsiqəsi olmalı (BC)
7. Perspektivli və inkişafa meylli olmalı
8. Məntiqli düşünmə və riyazi biliklərə malik olmalı
9. Yaş həddi: 25-40 arası

Qeyd: Günorta yeməyi və servis xidməti, hər ay telefon limiti, Satış nöqtələrini ziyarət etməsi üçün avtomobil şirkət tərəfindən ödəniləcəkdir.
Şirkətin əsas ofisi Cəlilabad rayonunda yerləşir və evlə təmin olunmaq şirkətə məxsusdur.
Əmək haqqı razılaşma yolu ilədir.
 

CV göndərərkən mövzu qismində "Satış müdiri" sözünün yazılması mütləqdir!
Şəkilsiz CV-lərə baxılmayacaq!

E-mail: [email protected] adresinə öz  cv-nizi  göndərməklə və ya internet səhifəmizdəki online müraciət anketini doldurmaqla bizə müraciət edə bilərsiniz.