İşin təsviri
Əsas Tələblər:
- Təhsil: Ali təhsil
- Dil Bilikləri: Azərbaycan dili (digər dil bilikləri əlavə üstünlükdür)
- İş Təcrübəsi: 1 ildən az olmayaraq iş stajı
Bacarıqlar:
- Kreativ, yaradıcı və araşdırma qabiliyyəti
- PHP - ORM, MVC, OOP haqqında biliklər
- Təmiz, oxunaqlı obyekt yönümlü kod yazma və digər layihələrin kodlarını oxuyub anlama bacarığı
- PHP Laravel ilə sərbəst kodlaşdırma bacarığı
- Git kod versiyasını idarəetmə sistemləri ilə işləmə təcrübəsi
- RDBMS (MySQL) və ORM biliyi, optimal SQL query yazma bacarığı, bazanın strukturunun layihələndirilməsi
Vəzifə Öhdəlikləri:
- Cari layihələrdə təkmilləşdirilmə işlərinin aparılması
- Texniki dəstəyin göstərilməsi
- Yeni layihələrin hazırlanması
- Texniki görüşlərdə iştirak
İş Şərtləri:
- İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00)
- İş yerinin ünvanı: Yeni Həyat Plaza
- Əmək haqqı: 800-1200 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Müraciət Prosesi:
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “PHP (Laravel) " adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.