Satış departamentinin direktoru

İşin təsviri

Vəzifə: Satış departamentinin direktoru

Namizədə tələblər:
 
• Satış texnikalarını bilməsi
• Müştəriyönümlü və satış  etmək bacarığının  olması
• Liderlik keyfiyyətlərinə malik olması
• Korporativ idarəetmənin prinsipləri ilə tanış olması
• Analitik düşüncə qabiliyyətinin olması
• Rəhbər vəzifədə ən azı 2 illik iş təcrübəsinin və ya satış sahəsində 5 illik iş təcrübəsinin olması
• Dil bilikləri: Azərbaycan və rus dillərini əla bilməsi (ingilis dilini bilmək arzu olunandır)
• Cins: fərq etmez
• Yaş: 25-40

Əsas Vəzifə öhdəlikləri və iş barədə məlumat:
 
• Departamentin işini təşkil etmək
• Departament işçilərinin işinin qiymətləndirməsini aparmaq
• Şöbələrin,  filialların satış planının icrasına nəzarət etmək və təmin etmək
• Satışın artırılması məqsədilə təkliflər vermək
• İş qrafiki: I-V  günlər  tam iş günü, VI gün yarım iş günü
• Əmək haqqı: 2000-3000  AZN

Qeyd: Şəxsi satışlara  və departamentin satış nəticələrinə görə  mütərəqqi mükafat sistemi mövcuddur. 
 
E-mail: [email protected]