İşin təsviri
Tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr arzu olunan
- Microsoft Office və 1C proqramlarında işləmək bacarığı;
- Heyyətin idarə olunmasında təcrübə
- Məlumat Texnologiyaları sahəsində güclü biliklər;
- Kommunikasiya, nəzarət və analitik bacarıqlar.
- Ünsiyyət bacarığı
- Problemlərin vaxtinda həll olunmasl
Vəzifə öhdəlikləri:
- Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək
- Otelin Nağd Vəsaitlərlə bağlı Proseduralarının icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
- İllik biznes planının hazırlanması ilə yanaşı İaşə şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək.
- İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək.
- Otelin Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
- Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Əməliyyatlar üzrə Menecerə məlumat vermək.
- Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
- Restoranların işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Əməliyyat Menecerinə təklif vermək.
- İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı ştat cədvəlinə uyğun;
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
- Gündəlik 3 dəfə qidalanma;
- Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Qida və içki üzrə baş nəzarətçi” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa