Tenderlərin idarə edilməsi üzrə kiçik mütəxəssis

  • Caspel
  • Elanın qoyulma tarixi: 24.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: Ali;
  • Yaş: 24-35 ;
  • Satınalma və tender sahəsində  1 il iş təcrübəsi; 
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • MS Office proqramlarını mükəmməl bilməli;
  • ERP bilikləri olana üstünlük verilir; 
  • Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;

Şəxsi keyfiyyətlər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı;
  • Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
  • Kollektivlə işləyə bilməli;
  • Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti;
  • Loyallıq və punktuallıq; 

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı 
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tenderlərin idarə edilməsi üzrə kiçik mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.