Risklərin idarə edilməsi İdarəsinin Filiallarla iş şöbəsinin kiçik mütəxəssisi/baş mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 31.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:  Risklərin idarə edilməsi İdarəsinin Filiallarla iş şöbəsinin kiçik mütəxəssisi/baş mütəxəssisi

Əmək haqqı:  (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (670 AZN) stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Bakı

Namizədə dair tələblər:
 
- İqtisadiyyat və ya menecment sahəsində ali magistr təhsilinin olması;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan ( oğlanlar üçün) :
- Azərbaycan dilini əla bilməsi, ingilis və rus dillərində normal yazı və danışıq bacarıqlarının olması;
- Ünsiyyətcil, təşəbbüskar, mülayim olmaq ;
- Kompyuterdə işləmə bacarığının olması (MS Office);
- Əməliyyat sistemində işləmə təcrübəsinin olması şərtilə ən azı 1 il bank stajının olması arzuolunandır :
- Analitik düşünmə, düzgün dəyərləndirmə, ünsiyyət qurma, kollektivdə işləmə və idarəetmə bacarığının olması.
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti ;

İşin təsviri:

- Filialların fəaliyyətinə ümumi şəkildə nəzarət etmək;
- Filialların fəaliyyətinin gücləndirilməsi məqsədilə təkliflər hazırlamaq;
- Filialların işində yarana biləcək problemlərin səbəblərini və onların həlli yollarının təhlilinin aparılması yolu ilə tədqiq etmək;
- Filialların fəaliyyətinin qiymətləndirilməsi üçün bankdaxili ölçü meyarları sistemini hazırlamaq və tətbiq etmək;
- Açılması planlaşdırılan filialların fəaliyyəti üçün tələb olunan işlərin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin operativ şəkildə həll olunması istiqamətində tədbirlər görmək.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi