İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Reqlamentləşdirən normativ sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması 
- Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi: 
- Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması;  
- Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması; 
- Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması; 
- Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili; 
- Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi; 
- Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi; 
- Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.
Vəzifə üzrə tələblər:
	- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; 
- Özünü inkişaf etdirmə;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; 
- Rus və ingilis dili biliyi; 
- MS Office proqramlarından istifadə bacarığı; 
- Təqdimat və ünsiyyət bacarığı; 
- Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
- Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.
İş şəraiti:
	- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
- Korporativ nömrə ilə təmin olunma ; 
- Bazar rəqabətli əmək haqqı; 
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Sənədlərlə iş  üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.