İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin elektron poçt ünvanına daxil olan məktubların cavablandırılmaq və yönləndirilmək;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün icra etmək;
- Bütün qonaqların nəzaklətlə və peşəkarcasına qəbul etmək və qarşılamaq;
- Daxil olan telefon zənglərini cavablandırmaq;
- İşlə bağlı məlumatları və problemlərı rəhbərliyə çatdırmaq;
- Cari müştəri portfelinin məmnuniyyət səviyyəsini araşdırmaq;
- Sənədlərin surətini çıxarmaq, skan etmək və fakslamaq, həmçinin qeydlərini aparmaq;
- Gündəlik və iclasları, təsərrüfat xidmətini təşkil etmək;
- Təmizlik işlərini və daxili otaqların səliqəli saxlanmasını təşkil etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;
- Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək;
Namizədə tələblər:
- Ali təhsil;
- Səlist Azərbaydan və rus dili bilikləri;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Komandada işləmək bacarığı.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- Təşkilatçılıq və analiz etmək bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
- Səliqəli, punktual, xoş görünüşlü.
Şərtlər:
- Əmək haqqı: (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq).
- Xanımlara üstünlük verilir.
- İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
- İş yeri : “Capital Construction” MMC
- Ünvan: Badamdar Hotel & Recidences Bakı, M.Müşfiq küç. 1C,
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Ofis Meneceri” yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.