Satış üzrə koordinator

İşin təsviri

Nəyi bilməlidir:

  • Azərbaycan, Rus və İngilis dili;
  • Opera və Fidelio (rezervasiya) programını;

Nəyi bacarmalıdır:

  • Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;

Xüsusi tələblər:

  • Satış sahəsində təcrübə;
  • Mehmanxana və ya səyahət agentliklərində ən azı 1 il iş təcrübəsi;
  • Yaş həddi: 22-28 yaş;

Gözlənilən davranışlar:

  • Gülərüz və mehriban olmaq;
  • Görüşlərdə iştirak bacarığı;
  • Ezamiyyə üçün uyğun;
  • Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Komandada işləyə bilmək bacarığına sahib olmaq;

İş şəraiti: 

  • İş qrafiki: birnövbəli (beşgünlük) iş qrafiki;
  • ARƏM-nə müvafiq sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
  • Əmək haqqı: müsahibə əsasında;
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası.

Vəzifə öhdəlikləri:

  • Həm daxili ve həm də xarici qonaqlara vaxtında ve nəzakətli xidmətin göstərildiyinə əmin olmaq;
  • Aylıq, rüblük ve illik satış hədəflərinə nail olunmasında, yeni və mövcud satış strategiyasının hazırlanmasında iştirak etmək;
  • Otel və ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə və reklam tədbirlərinə qatılaraq müəssisəni təmsil etmək;
  • Müvafiq proqram təminatları çərçivəsində hesab rekvizitlərini, habelə əlaqə, fəaliyyət və biznes məlumatlarını saxlamaq;
  • Satış prosesinin qeydiyyatının izlənməsi və hesabatının hazırlanmasının təmin edilməsi;
  • Müqavilənin bütün təfərrüatlarının çatdırıldığına ve qonaqların razılıqla yola salındığına əmin olmaq üçün lazımi şöbələr ilə daim əlaqə saxlamaq;
  • Potensial qonaqlarla görüşlər qurmaq və onların istək və narahatlıqlarını dinləmək;
  • Zənglər, şəbəkələr və sosial media vasitəsi ilə aktiv şəkildə yeni satış imkanları axtarmaq;
  • Satış imkanlarını müəyyən etmək və qonaqların ehtiyaclarını qiymətləndirmək üçün bazar araşdırması aparmaq;
  • Satış sonrası xidmətlə əlaqədar müştəri məmnuniyyətini ölçmək və əks əlaqə yaratmaq.

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə koordinator” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.

FLY INN BAKU tərəfindən digər vakansiyalar