İşin təsviri
İş barədə məlumat:
- Bank və kassa əməliyyatlarının aparılması
- Debitor və kreditor borcların, nəğd vəsaitlərinin mal qalığının, gəlir və xərclərin uçotunun həyata keçirilməsi
- Debitorlarla üzləşmə aktlarının hazırlanması və kontragentlərin borc qalıqlarının yoxlanılması
- Hesabların müxabirləşməsini nəzarət edilməsi və uyğunsuzluqların aradan qaldırılması
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək və onların hərəkətinin düzgünlüyünə nəzarət etmək
- Əmək haqqı, məzuniyyət və ezamiyyələrin hesablanması və ödənilməsi
- Öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər işlərin icra edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi
- 1C və Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- Dəqiq və məsuliyyətli
- Analitik düşünmə qabiliyyəti
- İdarəetmə bacarığı
İş şərtləri:
- İş yeri: Həzi Aslanov qəsəbəsi
- İş qrafiki : 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi mail ünvanına göndərin.