Müştəri xidmətləri üzrə bölmə rəhbəri (Hövsan filialı)

  • Unibank
  • Elanın qoyulma tarixi: 04.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Unibank” KB  Hövsan filialı “müştəri xidmətləri üzrə bölmə rəhbəri” 
 
Namizədə olan tələblər:

• Ali təhsil
• Yaş həddi 22-30
• Ünsiyyət bacarığı
• Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (orta)
• Qüsursuz işçi reputasiyası
• Məsuliyyətlilik
• Mərkəzi bankın müvafiq sahə üzrə təlimatlarından xəbərdar olmaq
• Göstərilən vəzifə üzrə 1 il iş təcrübəsi
 
Vəzifə və öhdəliklər:
 
• Müştərilərə yüksək səviyyədə xidmət etmək
• Müştərilərə bankın məhsulları haqqında dolğun və düzgün məlumat və məsləhət vermək
• Fiziki şəxslərə cari, plastik kart, depozit hesabını açmaq, hesabı idarə etmək və bağlamaq
• Təcili pul köçürmə sistemləri ilə pul göndərmək və almaq
• Müştərilərin əməliyyatla bağlı yaranmış problemlərinin həlli yollunu axtarıb tapmaq və həll etmək
 
Əgər bu təklif sizə maraqlıdırsa, [email protected] və ya 8117 qısa nömrəsinə CV sözünü yazıb bizə göndər.

İşəgötürənin reytinqi