Sistem inzibatçısı

İşin təsviri

Təsvir:

  • İT sistemlərinin daimi monitorinqi;
  • Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
  • Mövcud servislərin dayanaqlılığını təmin etmək;
  • Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
  • Bütün dəyişikliklərin sənədləşdirilməsi;
  • Server avadanlıqlarının quraşdırılması;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
  • 24/7 mövcudluğu;
  • Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
  • İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

Tələblər:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi;
  • Linux və Windows əməliyyat sistemlərinə əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
  • Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
  • Sistem firewall ilə işləmək bacarığı;
  • High availability sistemləri ilə iş təcrübəsi;
  • Mail/SMS servisləri ilə iş təcrübəsi - Exchange server 2016/2019;
  • Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
  • Configuration Management tool-larla təcrübə - SCCM;
  • Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible.
  • İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
  • Monitoring (məs. Zabbix) və Logging programları ilə işləmə bacarığı
  • Server/storage avadanlıqlarla işləmə bacarığı 
  • Şəbəkə üzrə ilkin biliklər (IP, DNS kimi)
  • İnformasiya təhlükəsizliyi prinsipləri haqqında ilkin biliklər;
  • Linux üzrə sertifikatları olanlara üstünlük verilir (RHCSA) 
  • Sahə üzrə iş təcrübəsi ən azı 1 il.