İşin təsviri
İş barədə məlumat:
- Reklam və Poliqrafiya məhsulları/həlləri bazarının araşdırılması,
- Reklam və Poliqrafiya məhsulları/həlləri bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması
- Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
- Yeni müştəriləri cəlb etmək
- Target list (Hədəf siyahısının) hazırlanması,
- Müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələr etmək
- Kommersiya təkliflərini hazırlamaq və müştərilərə göndərilməsini təmin etmək
- Aylıq satış hədəf və planlarını hazırlamaq və icrasını həyata keçirmək
- Müştəri narazılıqlarını aradan qaldırmaq
- Müştərilərin cəlbi üçün aksiyaların hazırlanması və keçirilməsi,
- Potensial müştərilərlə gündəlik görüşlər, ziyarətlər,
- Potensial müştərilərə təkliflərin göndərilməsi,
- Zənglər və email yazışmaları həyata keçirməklə satışın təşkili
Namizədə tələblər:
- Yaş həddi: 21-35 yaş arası,
- Təhsil dərəcəsi: Önəmi yoxdur
- İş təcrübəsi: Satış sahəsində 1 il,
- MS Office (Word, Excel,) proqramlarından istifadə etmək bacarığı,
- Müştərilərlə işləmək bacarığı,
- Malların tanıtımı,təqdimatı və satışını təşkil etmək bacarığı vacibdir.
- Kreativlik və yaradıcılıq qabiliyyəti
- Dəqiq, sürətli işləmə bacarığı və məsuliyyətli olmalı
- Ünsiyyətcil və komandada işləmə bacarığı
İş şərtlərimiz:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə,
- 6 günlük iş rejimi (6-cı gün saat 13:00-dək) ,
- Satışdan bonus
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış üzrə bölgə meneceri” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilərlər.