Mühəndis mexanik

  • KTIB Holding
  • Elanın qoyulma tarixi: 23.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: KTIB Azərbaycan

Vəzifənin adı: Mühəndis mexanik

Tabedir: Əməliyyat Meneceri (Baş mühəndis)

İş qrafiki/Yerləşdiyi yer: 5/2, Bakı, Azərbaycan

VƏZİFƏ TƏLİMATI:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir.
• Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
• Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
• Tabeçiliyində olan işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

TƏLƏBLƏR:

Təhsil: qazma avadanlıqlarının mühəndis mexanik ixtisası üzrə ali təhsil
İş təcrübəsi: müvafiq vəzifədə neft – qaz quyuların qazılması sahəsində 3-5 il

Bilik və bacarıqlar:

• avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
• müəssisədə təmir xidmətinin təşkilini;
• avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını;
• avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
• istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Dillər: Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini orta danışıq səviyyəsi

ƏMƏK HAQQI VƏ DİGƏR İMTİYAZLAR:

• Yüksək əmək haqqı
• Tibbi və İcbari sığortalar

Maraqlı olan şəxslər CV-rini mövzuda (Mühəndis mexanik) vəzifəsinin adını göstərməklə [email protected] electron ünvanına göndərmələri xahiş olunur