Resepşn

İşin təsviri

Namizədə tələblər:

  • Tələb olun vəzifədə - iş təcrübəsi arzuolunandır 
  • MS Office proqramlarını  və internetdən istifadəni mükəmməl bilmək
  • Kargüzarlığın sisteminin aparılması bacarığı
  • İşgüzar yazışma və lazımi sənədlərin hazırlanması bacarıqları (görüş protokolları, müştəri ilə yazışmalar, iş məktubları)
  • Xarici dil biliyi üstünlükdür
  • Səlist ünsiyyət, stresli vəziyyətdə və komandada işləmək bacarığı
  • Məsuliyyətli, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirən

Əmək funksiyası:

  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,
  • Sənəd informasiyasının qəbul, uçot, qeydiyyat və icrasına nəzarəti təmin etmək;
  • Müştərilərin yenilənmiş telefon siyahısını saxlamaq;
  • Müştərilərin qeydiyyatını aparmaq;
  • Şöbə ilə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;

İş barədə əlavə məlumat:

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək və şənbə günləri növbəli
  • İstirahət günləri: bazar günləri və rəsmi tətil günləri
  • AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
  • Ünvan : Nərimanov rayonu, Seyid Yəhya Bakuvi 106

Zəhmət olmasa şəkilli CV-lərinizi mail-a mövzu yerində “Resepşn” qeyd edərək (yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-nə baxılacaq) email ünvanına göndərəsiniz.

Cochlear tərəfindən digər vakansiyalar