Satış Mütəxəssisi

İşin təsviri

Məsuliyyətlər:

  • Saat 09:00-10:00 arası vitrinlərin təmizliyini təmin etmək.

Müştəri münasibətlərinin idarə edilməsi:

  • Potensial müştərilərlə ünsiyyət qurmaq və yeni müştəri imkanlarını axtarmaq.
  • Mövcud müştərilərlə müntəzəm əlaqə saxlamaq və müştəri əlaqələrini daimi nəzarətdə saxlamaq.
  • Müştəri ehtiyaclarını başa düşmək və müvafiq həllər təqdim etmək.

Məhsul Məlumatı və Satış Texnikaları:

  • Şirkətin məhsul və xidmətləri haqqında dərin biliklərə malik olmaq.
  • Müştəriləri məhsullar haqqında məlumatlandırmaq və satışları artırmaq üçün effektiv satış üsullarından istifadə etmək.
  • Satış potensialı olan məhsulların müəyyən edilməsi və müştərilərə tövsiyə edilməsi.

Satış hədəflərinə nail olmaq:

  • Satış hədəflərinin müəyyən edilməsi və bu hədəflərə doğru strategiyaların hazırlanması.
  • Satış fəaliyyətlərini izləmək, performansı ölçmək və hədəflərə çatmaq üçün düzəldici tədbirlər görmək.

Sifarişin idarə edilməsi:

  • Müştəri sifarişlərinin qəbulu, işlənməsi və izlənilməsi.
  • Sifarişlərin vaxtında və dəqiq çatdırılmasını təmin etmək.
  • Tələb olunan sənədləri hazırlayıb 1C operatoruna yönləndirmək.

Hesabat və Təhlil:

  • Satış fəaliyyəti ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərlərə təqdim edilməsi.
  • Bazar tendensiyalarını izləmək, rəqibləri təhlil etmək və buna uyğun olaraq satış strategiyalarını tənzimləmək.

Tələblər:

  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Analitik düşünmə və problem həll etmə bacarığı.
  • MS Word və Excel proqramları ilə işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış Mütəxəssisi” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Demo Gastro tərəfindən digər vakansiyalar