Database Administrator

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (İT sahəsində olması üstünlükdür`;
  • Yaş:28-40;
  • Dil biliyi: İngilis dil biliyi mütləqdir(texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar);
  • Təcrübə: Korporativ seqmentdə Verilənlər Bazası və Sistem üzrə inzibatçı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
  • Microsoft Windows Server OS və MS SQL ilə bağlı bilik və təcrübə mütləqdir;
  • Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
  • Şəbəkə bilikləri – OSI layer, IP Subnetting;
  • Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması və Monitorinq sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyinin prinsiplərini və əsaslarını bilmək;

Vəzifə öhdəlikləri:

  • Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
  • Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
  • Verilənlər bazalarının audit olunmasını təmin etmək;
  • Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
  • Yeni qurulmuş və mövcud bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması və problem yaranan zaman ehtiyat nüsxələrdən bazanın bərpa edilməsi;
  • Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
  • Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
  • Ona həvalə olunmuş İT infrastrukturunun və ya onun elementinin səmərəliliyin artırılması üçün yeni üsullar və həllər axtarmaq və inkişaf etdirmək;
  • Vəzifələrin daha yaxşı yerinə yetirməsinin təşkili üçün İT Departamentinin bitişik bölmələrinin əməkdaşları ilə əlaqə saxlamaq;

İş şəraiti:

  • İş qrafiki: 08:30-17:30
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Database Administrator” qeyd etməklə lektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-70 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz