Junior UX/UI Designer

İşin təsviri

Təsvir:

  • Baş mütəxəssislər tərəfindən verilən dizayn tapşırıqlarını diqqətlə yerinə yetirmək;
  • Məhsul çərçivəsində araşdırmaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək;
  • Müştərilərin istəklərini toplamaq və nəticə şəklində qeyd etmək;
  • İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrində dəstək vermək;
  • PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığına sahib olmaq;
  • Məhsulun xususiyyətinə uyğun priotiplərin çəkilməsi.

Tələblər:

  • Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə;
  • Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür;
  • Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi;
  • Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər;
  • İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna ail dizayn işlərinə daha çox önəm verilir;
  • Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi;
  • Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi;
  • Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.

İşəgötürənin reytinqi