Şəbəkə administrator

İşin təsviri

Namizədlər üçün irəli sürülən tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş stajı;
  • Ali təhsil İT ixtisas üzrə bakalavr diplomu və ya ümumi ali təhsil üzrə diplomu+tələb olan İT sahə üzrə beynəlxalq sertifikatı (CCNA, Comptia);
  • Korporativ LAN/WAN şəbəkələrinin inkişafı və dəstəklənməsi;
  • Firewall sistemləri ilə sadə biliklər;
  • L2/L3 – LAN, Switching üzrə dərin biliklər;
  • L2 təhlükəsizlik üzrə biliklər və tətbiqi (Port Security, MAC secrutiy, ARP inspection, DHCP snooping, İP source guardç Loop Guard, BPDU filer/guard, Storm control və.s).
  • CCNA səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə;
  • STP, VTP, VSS, LACP, OSPF, EIGRP, SNMP, DNS, DHCP protokolları barəsində biliklər;
  • SSLVPN üzrə biliklər və son istifadəçilərə quraşdırılması, problemlərin həll edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər;
  • Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı (wireshark);
  • Wireless network haqqında biliklər;
  • İP Telefoniya sistemləri ilə əlaqəli sadə biliklər;
  • Şəbəkə monitorinqinin həyata keçirilməsi (Zabbix, Grafana, PRTG, Solar Wind və.s)
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi
  • Dil bilikləri: Azərbaycan – əla, Ingilis – orta;
  • Təhlil etmə bacarığına malik olmalı;
  • İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı
  • Arzu olunandır: WinServer/Linux/Unix əməlliyət sistemi üzrə iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Stabil və məhsuldar şəbəkə infrastrukturunun qurulması;
  • İnternet və Data kanallarının istifadəsinin effektivliyinin və yüksək əlçatanlılığının təmin olunması;
  • Şəbəkənin avtomatik alətlər vasitəsilə daimi monitorinqinin təşkili və nəzarəti;
  • Şəbəkə təhlükəsizliyinin yüksək səviyyədə təmini, şəbəkəyə icazəsiz girişlərin avtomatik qaydada məhdudlaşdırılmasının və daimi monitorinqinin həyata keçirilməsi;
  • Uzaq istifadəçi qoşulmalarının və tunnel bağlantılarının idarəetməsinin təşkili;
  • Şəbəkənin və şəbəkə avadanlıqlarının yüksək əlçatanlılıq prinsipinə söykənərək dizayn olunması;
  • Şəbəkənin topoloji xəritəsinin daimi up-to-date saxlanılması;
  • Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı;
  • Şəbəkə problemlərinin həlli və diaqnostikası;
  • Avadanlığının quraşdırılması və sazlanması;
  • Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq;
  • Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək;

İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü), nahar yemək təmin olunur.

İş yeri: Əsas iş yeri: Ələt qəsəbəsi, zərurət yarandığı hallarda digər ərazilərdə.

Əmək haqqı: 800-900 Azn

Uyğun namizəd 3 ay sınaq müddətinə qəbul olunacaq (ödənişli)