İşin təsviri
Haqqımızda
Influencer Azerbaijan - Azərbaycanın influenserlərinin və şirkətlərinin bir araya gəldiyi ortaq bir platformadır. Qısa müddət ərzində komandamız öz kanalları vasitəsilə 900+ yerli influenser və 150+ şirkət cəlb edib. Şirkətimiz tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişsiz “İnfluenser marketinq xidmətləri və SMM” üzrə təcrübə proqramı təklif edir.
Təcrübə proqramı sizə nə qazandıracaq?
- Real iş mühiti ilə tanışlıq;
- Bazamızda olan və bazamıza əlavə edilməsi istənilən influenserlərlə əlaqə və ünsiyyət;
- İnfluenserlərin keyfiyyətli təhlili və effektiv qiymətləndirmək;
- Təcrübəli əməkdaşların müşayiətində yaradıcı şəkildə post üçün başlıq yazılması, dizayn verilməsi və video ssenarisi hazırlanması;
- Hazırlanan yaradıcı məzmunların ictimai paylaşılması və bunun doğrultusunda birbaşa izləyicidən geridönüş ala bilmək imkanı;
- Sosial media və reklam xidmətlərinin göstərilməsi barədə dəyərli təcrübə və biliklərin əldə edilməsi;
Namizədə dair tələblər:
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Kreativ düşünmə qabiliyyəti;
- Öyrənməyə həvəslilik;
- Azərbaycan və rus dilində səlis yazma bacarığı (İngilis dili arzuolunandır)
- Ofis proqramlarında işləmə bacarığı: Google Docs, Google Sheets, Google Slides;
- Post hazırlanması üçün Canva-da işləmə bacarığı (Photoshop arzuolunandır);
- Analitik düşünmə və hadisəyə sürətli reaksiya vermək qabiliyyəti;
Təcrübəçi ilə şirkətimiz arasında ödənişsiz əsaslar üzrə nəzərdə tutulmuş 2 aylıq müqavilə bağlanacaq. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərildiyi və açıq vakansiya olduğu halda daimi iş təklifi oluna bilər. Təcrübə proqramı həftəiçi 5 gün, saat 10:00 - 18:00 aralığında nəzərdə tutulub.
Ofisimiz şəhərin mərkəzində Nizami küçəsinin (Torqovaya) yaxınlığında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlər mütləq şəkildə fotoşəkilli CV faylını “Təcrübəçi” başlığı ilə aşağıda əlavə edilmiş e-poçt ünvanına göndərə bilər.
Müraciət və daha ətraflı məlumat üçün:
Email: [email protected]
Əlaqə: +994993203000