Aparıcı mühasib

İşin təsviri

İş barədə məlumat:

  • 1C 8.3 proqramında müəssisələrin uçotunun aparılması;
  • ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Bütün növ maliyyə hesabatlarının hazılanması və 1C proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsinin təmin edilməsi;
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Ə/H 1200

Namizəd üçün tələblər:

  • Mühasib vəzifəsində minimum 3 il iş ştajı;
  • Ali təhsil;
  • Beynəlxalq maliyyə və peşakar mühasib sertifikatına malik olması üstünlük təşkil edəcək;
  • 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi;
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir).

Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Regency Consulting and Tax Solutions tərəfindən digər vakansiyalar