Mətbuat və siyasət şöbəsinin əməkdaşı

İşin təsviri

Almaniya Federativ Respublikasının Səfirliyi mətbuat və siyasət şöbəsi üçün 15 mart 2014-cü il tarixindən etibarən əməkdaş axtarır

Almaniya Federatv Respublikasının Bakıdakı Səfirliyinin mətbuat və siyasət şöbəsi 15.03.2014-cü il tarixi üçün əməkdaş axtarışındadır.

İş fəaliyyəti aşağıdakı tapşırıqlardan ibarətdir:

• sosial və siyasi mövzulara dair araşdırmalar
• siyasi analizlərin aparılması
• hökumət, vətəndaş cəmiyyəti və medianın yerli nümayəndələri ilə təmasda olmaq
• səfirliyin öz rəsmi internet səhifəsində və facebookda lazımi səviyyədə təqdim olunmasını təmin etmək
• protokol tapşırıqlar, yazılı və şifahi tərcümə işlərinin görülməsi
• Azərbaycan medialarının müşahidə olunması və dəyərləndirilməsi

Bunun üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• bitirilmiş ali təhsil
• siyasi mövzulara maraq və onları anlama qabiliyyəti
• yazılı və şifahi struktur analiz etmə qabiliyyəti
• yeni medialara və internetə qarşı maraq
• ünsiyyət yaratmaq qabiliyyəti
• yazılı və şifahı əla alman dili bilikləri
• ana dili səviyyəsində azərbaycan dili biliklərini
• ingilis və rus dili bilikləri arzuolunandır

Burada gələcəkdə müddətsiz uzadılma perspektivi olan tam ştat iş üçün birillik müddətli müqavilədən söhbət gedir. İşə götürmə səfirliyin yerli işçilərinə şamil olunan  əmək müqaviləsi əsasında həyata keçirilir.

Sənədlərinizin (azərbaycan dilində tərcümeyi-hal, alman dilində müraciət məktubu, təhsil haqqında sənədlər) 4 mart 2014 tarixinə qədər səfirliyin aşağıda qeyd olunan e-mail ünvanına göndərilməsindən məmnun olardıq:
[email protected]