Ofisiant

İşin təsviri

Əmək funksiyası: 

  • Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
  • Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək; 
  • Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək; 
  • Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək; 
  • İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək; 
  • Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək; 
  • Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək; 
  • Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək; 
  • Müştərinin məmnunluğunu təmin etmək;
  • Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək; 
  • Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
  • Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq; 
  • Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün   aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.

Tələblər:

  • Müvafiq iş təcrübəsi;
  • Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
  • Satış etmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı.
  • Kompüter bilikləri: Micros.

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  •  “TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma;

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 20.04.2024-cü il tarixinədək göndərə bilərlər.