Resepşn (Ofis meneceri)

  • CRM Construction
  • Elanın qoyulma tarixi: 02.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi;
  • Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi;
  • Məktubların qəbul edilməsi, müvafiq departamentlərə yönləndirilməsi və məktubların göndərilməsi;
  • Emaillərin müvafiq şöbəyə yönləndirilməsi;
  • İnzibati şöbənin tələblərinə uyğun olaraq həftəlik, aylıq hesabatların hazırlanması;
  • Ofis avadanlıqlarına (ləvazimatlarına) nəzarət: Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılmalı; Ofis ləvazimatlarının miqdarına mütəmadi olaraq nəzarət edilməli, ləvazimatlar bitməzdən öncə sifariş edilməli;
  • Şirkət qonaqlarına çay (və ya su, kofe) verilməsi;

Vəzifə ilə bağlı tələblər:

  • Təhsil - Ali təhsil - (bakalavr);
  • Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür).
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Gündəlik deadline-lara ciddi riayət;
  • Komandada işləmək bacarığı;
  • Həm yazılı həm də şifahi ünsiyyət bacarıqları;
  • Professional görünüş;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə öyrənmək qabiliyyətləri tələb olunur.

İş barədə əlavə məlumat:

  • İş yeri: "CRM Construction" MMC, Azadlıq metrosunun çıxışı;
  • İş saatı: 5 günlük iş həftəsi;
  • İstirahət günləri: 2 gün ;
  • Əmək haqqı: 350 manat (gross)
  • AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə.

Maraqlanan namizədlər CV-lərini email ünvanımıza və ya 050 232 42 35 whatsapp nömrəmizə göndərə bilərlər.

CRM Construction tərəfindən digər vakansiyalar