İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Bazarının vəziyyəti haqqında məlumatları  toplayaraq hesabatlar və təqdimatlar hazırlamaq;
- Rəqabət prinsiplərindən istifadə edərək iaşə xidmətləri göstərən obyektlərin bazarlarının məhsul və coğrafi sərhədlərinin müəyyənləşdirilməsi;
- Xidmət təminatçısının bu cür bazarlarda əhəmiyyətli bazar gücünə  sahib olub-olmadığını müəyyən etmək üçün iaşə xidmətləri göstərən obyektlərin bazarları daxilində rəqabətin miqyasının qiymətləndirilməsi;
- Müvafiq tənzimləyici öhdəlikləri/ müdaxilələri işləyib hazırlamaq və tətbiq etmək; 
- Bazar tendensiyalarını anlamaq və potensial müştərilərin seçimlərini aşkar etmək üçün sorğular tərtib etmək; 
- Statistik məlumatları toplamaq üçün müasir və ənənəvi metodlardan istifadə etməklə təhlil etmək; 
- Onlayn bazar araşdırmasından istifadə etmək; 
- Bazar trendləri, müxtəlif tərəflərin araşdırmaları və ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək.
Tələblər:
	- Təhsil: İqtisadi təhsilin olması arzu olunandır. 
- İş təcrübəsi: Sahə üzrə 1-3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqramları ilə işləmə bacarığı.
- Məlumatların toplanması, saxlanılması və modelləşdirilməsi üzrə iş bacarığı İş barədə məlumatlar.
İş qrafiki: 6 günlük iş həftəsi, 1 gün istirahət.
Nahar şirkət tərəfindən verilir; 
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar CV-lərini mövzu hissəsində “Bazar araşdırması üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilər.