Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Alqı-satqı  müqavilələrinin hazırlanması və sifarişlərin yoxlanılması
  • Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması 
  • Mal-materialların hərəkəti ilə bağlı hesabat hazırlanması
  • Mal-materialların kalkulyasiyasının aparılması
  • Vergi orqanları ilə yazışmalar 
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi 
  • E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar 
  • Bank əməliyyatlarının aparılması 
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
  • BTP proqramında işləməklə vergi bəyannamələrinin göndərilməsi

Namizədə tələblər:

  • Maliyyə sahəsi üzrə ali təhsil;
  • MS Office proqramlarını bilməli; 
  • Milli mühasibat uçotuna uyğun hesablar planını və vergi qanunvericiliyini bilməli;
  • İnventarizasiya (anbar,əsas vəsait, mal-material) təcrübəsinin olması arzuolunandır;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı 
  • 25-40 yaş həddində kişi namizədlərə üstünlük veriləcək. 

İş şərtləri:

  • İş yeri: Abşeron rayonu,Saray qəsəbəsi,Polad Həşimov küçəsi.
  • İş rejimi: 6 günlük, iş saatı: 08:00-17:00
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Mühasib” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur. 

Azlab Medical Supplies tərəfindən digər vakansiyalar