Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Mütəmadi olaraq əməliyyat və maliyyə risklərinin qiymətləndirilməsində iştirak etmək,
  • Risk limitlərinin müəyyən olunması və onlara riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək,
  • Maliyyə və əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək,
  • Ekonometrik modellər vasitəsiylə reqressiya analizlərinin aparılması,
  • Maliyyə hesabatlarının təhlil olunması və rasiyo analizlərinin aparılması ilə müvafiq risklərin müəyyən olunması,
  • Qəp və müddət üzrə qəp analizləri, VAR təhlillərinin aparılması,
  • Faiz dərəcə riski, xarici valyuta riski və kapital risklərinin qiymətləndirilməsi,
  • Maliyyə riskləri üzrə stress testlərin aparılması,
  • Ekonometrik və statistik risk modellərinin qurulması və proqnozların verilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: Maliyyə və əməliyyat riskləri üzrə minimum 3 il 
  • Təhsili/ixtisası: Ali təhsil  (Statistika, Ekonometrika, Maliyyə, Riyaziyyat, Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)
  • Bacarıqlar: MS office proqramları yüksək səviyyədə (Power BI biliyi olanlara üstünlük veriləcək), Python, R-studio, E-views və ya digər statistik proqramlardan birini istifadə etmə
  • Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə bilmək
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), FRM, CFA sertifikatı olanlara üstünlük verilir.

İş şərtləri:

  • Struktur: Risklərin idarə edilməsi şöbəsi
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.  

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis" başlığı altında e-mail ünvanına göndərmələri xahiş olunur